Xarici ölkələrin maliyyə nəzarəti orqanları ilə əməkdaşlıq

 1. Türkiyənin müvafiq nəzarət-tənzimləyici qurumları ilə əməkdaşlıq  ilə əməkdaşlıq 

2018-ci il ərzində Palata və Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) arasında bank nəzarəti sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu və sığorta bazarının tənzimlənməsi sahəsində əməkdaşlığa dair Türkiyə Xəzinə Müstəşarlığı ilə Anlaşma Memorandumları  imzalanmışdır. Əlavə olaraq, Türkiyənin qiymətli kağızlar bazarı üzrə tənzimləyici-nəzarət qurumu olan Kapital Bazarları Şurası (SPK) ilə aktiv bilik və təcrübə mübadiləsi həyata keçirilməkdədir.

https://www.bddk.org.tr/http://www.cmb.gov.tr/https://www.hmb.gov.tr/https://www.mkk.com.trhttps://web.tarsim.gov.tr/havuz/https://www.borsaistanbul.com/en/

 

  2. Rusiya Mərkəzi Bankı ilə əməkdaşlıq  

        Rusiya Mərkəzi Bankı ilə aktiv əməkdaşlıq həyata keçirilmişdir. Belə ki, 2018-ci ildə Palata əməkdaşlarının Rusiya Mərkəzi Bankına bank nəzarəti və rezolyusiyası, risklərin təhlili, həmçinin dekabr ayında mikro-maliyyə təşkilatlarının tənzimlənməsi mövzularında təlim səfərləri təşkil olunmuşdur. Əlavə olaraq, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 14 dekabr 2018-ci il tarixində Moskva şəhərində keçirilmiş 17-ci iclasının Protokolundan irəli gələrək Palata və Rusiya Federasiyasının Mərkəzi Bankının birgə təşkilatçılığı ilə 2019-cu ilin 10 iyun tarixində Azərbaycan və Rusiyanın yerli banklarının, eləcə də iki ölkənin banklar assosiasiyasının nümayəndələrinin iştirakı ilə banklararası əməkdaşlıq üzrə Rusiya-Azərbaycan dəyirmi masası keçirilmişdir. Tədbirdə Azərbaycan və Rusiyanın maliyyə bazarlarında baş verən son trendlər, həmçinin hər iki ölkənin bank sektorunun nümayəndələrini maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

Əlavə olaraq qeyd edilməlidir ki, Rusiya Mərkəzi Bankı tərəfindən cari ilin 03-05 iyul tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilmiş 28-ci Beynəlxalq Maliyyə Konqresində Palata yüksək səviyyədə təmsil olunmuşdur.

https://www.cbr.ru/eng/

 

  3. Gürcüstan Milli Bankı ilə əməkdaşlıq

         Gürcüstan Milli Bankı ilə Palata arasında 2017-ci ilin oktyabr ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində aktiv əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirilməkdədir. 2018-ci ilin 01-05 oktyabr tarixlərində Palata əməkdaşlarının Gürcüstan Milli Bankına bank nəzarəti mövzusunda təlim səfəri təşkil olunmuşdur. Gürcüstan tərəfi Azərbaycanın DƏDYR təcrübəsini öyrənərək mövcud sistemlərini təkmilləşdirmək üçün yararlanmışlar. Gürcüstan Milli Bankı ilə risk əsaslı nəzarət sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə Gürcüstan Milli Bankının  əməkdaşlarının 01-03 iyul 2019-cu il tarixlərində Palataya səfəri təşkil edilmişdir. Təcrübə mübadiləsinin davamı olaraq, Palata əməkdaşlarının Gürcüstan Milli Bankına 26-30 avqust tarixlərini əhatə edəcək təlim səfəri təşkil edilmişdir. Aktiv əməkdaşlıq davam etidirilməkdədir. Növbəti təcrübə mübadiləsinin BOKT-lar sahəsində aparılması nəzərdə tutulur. 

https://www.nbg.gov.ge/index.php?m=2&lng=eng

 

BaFin homepage (Link to homepage)     4. Almaniyanın Federal Maliyyə Nəzarəti orqanı (BaFin) ilə əməkdaşlıq 

Palatanın nümayəndə heyəti 24 oktyabr tarixində Frankfurt-Mayn şəhərində Almaniyanın Federal Maliyyə Nəzarəti orqanı (BaFin) ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə görüş keçirmişdir. Görüşdə Palata haqqında təqdimat və qısa müddət ərzində görülmüş işlər, əldə olunan nəticələr geniş maraqla qarşılanmışdır. BaFinin rəsmiləri öz növbələrində təşkilatın apardığı stress testlər, nəzarət metodları barədə təqdimat etdilər, BaFin-Bundesbank birgə proqram təminatı olan BAKİS-in xüsusiyyətləri barədə məlumat verdilər. BaFin rəsmiləri Palataya texniki dəstək göstərməkdə maraqlı olduqlarını ifadə etdilər. Keçirilmiş görüşdə BaFin-in texniki dəstək sahəsində geniş təcrübəyə malik olduğu, Bazel II və Bazel III prinsiplərinin tətbiqi istiqamətində Palataya ardıcıl texniki yardımın göstərilə biləcəyi vurğulandı. Qeyd edək ki, BaFin Avropada ən geniş maliyyə nəzarət orqanlarından biridir, 2002-ci ildə meqa requlyator kimi təsis edilmişdir və 5000-dən artıq maliyyə bazarı iştirakçısına nəzarət edir.

https://www.bafin.de/

 

Deutsche Bundesbank   5. Almaniyanın Mərkəzi Bankı (Bundesbank) ilə əməkdaşlıq 

Palatanın nümayəndə heyəti 25 oktyabr tarixində Almaniya Mərkəzi Bankında (Bundesbank) işçi səfərində olmuşdur. Bundesbank ekspertləri tərəfindən Palata haqqında təqdimat və əldə olunan nəticələr geniş maraqla dinlənilmişdir. Daha sonra Bundesbankın ekspertləri Bundesbank tərəfindən bank nəzarəti, risk əsaslı konsolidasiya edilmiş nəzarətə keçid üzrə TAIEX yardım aləti və Bundesbankın təlim mərkəzində Palata əməkdaşları üçün təlimlərin təşkilinin geniş effekt verə biləcəyini bildirmişlər. Müzakirələr əsnasında qeyd edildi ki, hazırda bir sıra Şərqi Avropa dövlətləri üçün texniki yardım layihələri icra olunmaqdadır. Azərbaycanın da bu sıraya qoşulması arzu olunan haldır. Qeyd edək ki, Almaniya Bundensbankı 1957-ci ildə Almaniyanın mərkəzi bankı kimi yaradılmış və mərkəzi Frankfurt-Mayn şəhərindədir. Həmçinin Bundesbank Avropa Mərkəzi Bankı ilə də geniş əməkdaşlıq edir.

https://www.bundesbank.de/

 

6. ABŞ-ın maliyyə nəzarəti orqanları ilə əməkdaşlıq

Palatanın nümayəndə heyəti 2019-cu ilin sentyabr ayında ABŞ-ın maliyyə nəzarəti orqanlarından - Əmanətlərin Sığortalanması üzrə Federal Qurum (Federal Deposit Insurance Corporation), ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Kommisiyası (U.S. Securities and Exchange Commission), Milli Kredit İttifaqları Administrasiyası (National Credit Union Administration), Maliyyə Sektoruna Nəzarət Palatası (The Financial Industry Regulatory Authority) və digər təşkilatlar ilə görüşlər keçirilmişdir.

https://www.fdic.gov/,  https://www.sec.gov/https://www.ncua.gov/https://www.finra.org/

 

7. Digər ölkələrin maliyyə tənzimləyici-nəzarət qurumları ilə əməkdaşlıq

        Palata və Belarus Milli Bankı, Qazaxıstan Milli Bankı, Polşa Maliyyə Nəzarət Agentliyi (KNF), İtaliya Mərkəzi Bankı və İtaliya Milli Mikro Kredit Agentliyi, Ukrayna Milli Bankı, Estoniya Maliyyə nəzarəti orqanı, Danimarka Maliyyə nəzarəti orqanı, Belçika maliyyə nəzarəti orqanı, Slovakiya Mərkəzi Bankı, İsrail Mərkəzi Bankı ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq həyata keçirilməkdədir.