“Sığortaçıların və təkrarsığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında” 2001-ci il 20 sentyabr tarixli 152 nömrəli Qərar

Sığortaçıların və təkrarsığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 may tarixli 406 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. Fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitalının minimum məbləği dövrlər üzrə mərhələli qaydada aşağıdakı kimi müəyyən edilsin:

 01.01.2002-ci il tarixə     - 500 (beş yüz) milyon manat;

 01.07.2002-ci il tarixə     - 750 (yeddi yüz əlli) milyon manat;

 01.01.2003-cü il tarixə    - 1 (bir) milyard manat;

 01.07.2003-cü il tarixə    - 1 (bir) milyard 500 (beş yüz) milyon manat;

 01.01.2004-cü il tarixə    - 2 (iki) milyard manat.

 2. Yeni yaranan sığortaçılar üçün nizamnamə kapitalının minimum məbləği 2 (iki) milyard manat, təkrarsığortaçılar üçün 5 (beş) milyard  manat müəyyən edilsin.

 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında» 1999-cu il 7 iyun tarixli 90 nömrəli və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 90 nömrəli qərarına əlavələr  edilməsi haqqında» 2000-ci il 4 avqust tarixli 132 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 20 sentyabr 2001-ci il

                     № 152