Ödəniş sistemləri

Ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik olan pul vəsaitlərinin köçürülməsi sistemidır.

Hazırda ölkədə prosessinq fəaliyyəti “Azərikard” MMC və “MilliKart” MMC ilə yanaşı, 5 bank tərəfindən də həyata keçirilir. Prosessinq fəaliyyəti özündə ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanılması, emalı və ötürülməsi, həmçinin ödəniş kartlarının emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsini əks etdirir.

Prosessinq fəaliyyəti “Kapital Bank” ASC, “Paşa Bank” ASC, “Unibank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və “Bank of Baku” ASC tərəfindən həyata keçirilir.

Ünvan: Bakı ş, Nizami küç. 67, AZ1005

E-poçt: info@azericard.com

Tel: +99412 598-46-97

Sayt: www.azericard.com

Ünvan: Bakı ş. Əli Mustafayev küç. 5A

E-poçt: info@millikart.az;

Tel: +99412 431-22-20

Sayt: https: www.millikart.az