Fond Birjası

Fond birjası  - fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. Fond birjası dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir.

Fond birjası üzvlərinin ticarət əməliyyatlarının ədalətli və şəffaf qaydada həyata keçirməsinə nəzarət etməli, üzvlərinin fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə, üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə bu barədə nəzarət orqanına məlumat verməlidir.

Hal-hazırda Azərbaycan Respublikası ərazisində yeganə fond birjası Bakı Fond Birjasıdır http://bfb.az/

Ətraflı...

Lisenziya nömrəsi 05
Lisenziya verilmə tarixi 21.07.2000
Ünvan Bakı ş., Xətai ray., Babək prospekti, Ə.Quliyev 11/31, Babək Plaza, Blok B, 15-16 mərtəbələr, AZ1025
Əlaqə məlumatları (+994 12) 488 05 80      
www.bfb.az;info@bse.az
Müşahidə Şurasının sədri Məmmədov Yashar Zeynalabdı  oğlu      
Müşahidə Şurasının üzvləri İbayev Seyfəddin Qəzənfər oğlu                                  Rzayev Cavid Akif oğlu 
Mühittin Esen Mevlüt Ali                                                 Mikayılov Sarvan Umudvar oğlu                                  Novruzov Binnət Yasin oğlu
Hüseynov Asəf Akif oğlu
İdarə Heyətinin sədri v.m.i.e. Abdullayev Eldar Faiq oğlu