Fəaliyyət istiqamətləri

          Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 04 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 2.1-ci bəndinə əsasən,  onun mühüm vəzifələrindən biri maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarını müdafiə etməkdir. Bununla əlaqədar, Palata istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı hüquq və vəzifələri həyata keçirir:

  • maliyyə bazarlarında investorların və istehlakçıların hüquqlarının  müdafiəsini, onların pozulmuş hüquqlarının bərpa olunmasını təmin etmək məqsədilə Palatanın nəzarət etdiyi subyektlərdən və emitentlərdən sənədlər və məlumatlar alır, onların təhlilini aparır;   
  • qanunvericiliyi pozan şəxsləri inzibati məsuliyyətə cəlb edir;
  • səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirir;
  • emitentlərdən hesabatları qəbul edir, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;
  • investorlardan və maliyyə bazarlarının istehlakçılarından Palataya daxil olmuş ərizə və şikayətlərə baxır, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparmaqla müvafiq tədbirlər görür;
  • investorların və maliyyə bazarının istehlakçılarının maarifləndirməsi üzrə müvafiq tədbirlər həyata keçirir;
  • investorların və maliyyə bazarlarınında istehlakçıların  hüquqlarının pozulması ilə bağlı məhkəmə instansiyalarında  iştirak edir;
  • maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində qanun pozuntularının qarşısının alınması, onların  pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə icrası məcburi olan göstərişlər verir.