Beynəlxalq təşkilatlarla əməkdaşlıq

I. Beynəlxalq təşkilat və inkişaf agentlikləri ilə əməkdaşlıq

 

1. Dünya Bankı ilə əməkdaşlıq 

Dünya Bankı ilə Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi – 2 (FSMP2) çərçivəsində aktiv əməkdaşlıq həyata keçirilməkdədir. Dünya Bankının icraçısı olduğu FSMP2 layihəsi 2017-2020-ci illəri əhatə edir. Layihənin əsas məqsədi maliyyə sektoru üzrə hüquqi və tənzimləyici çərçivənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə dəstək göstərməkdir. Layihə Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda Maliyyə Xidmətlərinin İnkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş strateji hədəflərin əldə olunmasına istiqamətlənmişdir. Bu məqsədlə Layihə aşağıdakı 5 komponent üzrə texniki dəstəyi nəzərdə tutur: i) Maliyyə bazarlarına nəzarət; ii) Bankların rezolyusiyası; iii) Əmanətlərin sığortalanması sistemi; iv) İstehlakçıların müdafiəsi; v) Qeyri-işlək kreditlərin restrukturizasiyası.

Qeyd olunanlardan əlavə Dünya Bankı tərəfindən təşkil olunan yerli və xarici təlimlərdə mütəmadi olaraq Palata əməkdaşları iştirak edirlər.

https://www.worldbank.org/

 

  2. Beynəlxalq Valyuta Fondu (IMF) ilə əməkdaşlıq

     Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətə başladığı ilk vaxtlardan başlayaraq IMF tərəfindən Palata əməkdaşlarına bank nəzarəti, bankların rezolyusiyası və restrukturizasiyası mövzularında treyninqlər keçirilmişdir.

Əlavə olaraq, IMF tərəfindən Palataya Statistika işinin təkmilləşdirilməsi və risklərin idarə edilməsi mövzularında texniki dəstək göstərilmişdir.

https://www.imf.org/external/index.htm

 

  3. Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq

         ADB tərəfindən Azərbaycanda yerli valyutada istiqrazların emissiyası istiqamətində aktiv dialoq aparılır və Palata tərəfindən lazımi dəstək göstərilir.

2019-cu ilin martından ADB-nin 500 min ABŞ dolları həcmində qrant vəsaiti hesabına rəsmi adı “İqtisadi diversifikasiyanı inkişaf etdirmək üçün qeyri-bank və alternativ maliyyə alətlərinin inkişafına dəstək” layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində Palataya BOKT-lara nəzarət çərçivəsinin təkmilləşdirilməsi və kənd təsərrüfatının maliyyələşdirilməsi sahəsində texniki dəstək göstərilməkdədir.

https://www.adb.org/

  4. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq

            Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) yarandığı dövrdən IFC Palataya böyük həcmli texniki dəstək göstərmiş beynəlxalq təşkilatlardan biridir. Belə ki, IFC Palataya özəl kredit bürosunun yaradılması, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması, lizinq sahəsində qanunvericilik aktlarına dəyişikliklərin hazırlanması, rəqəmsal maliyyə xidmətləri və maliyyə inklyuzivliyinin artırılması istiqamətlərində texniki dəstək göstərmişdir. Həmçinin IFC tərəfindən Mərkəzi Kredit Reyestrinin (MKR) fəaliyyətinin təkmilləşdirilməsi və MKR-in məlumatlarından nəzarət məqsədilə istifadənin effektivliyinin artırılması üzrə əməkdaşlıq həyata keçirilmişdir.

https://www.ifc.org/wps/wcm/connect/corp_ext_content/ifc_external_corporate_site/home

 

5. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq

EBRD-nin 2016-cı ildə təsis etdiyi Kiçik və orta sahibkarlar üçün yerli valyuta proqramı”nda Azərbaycanın iştirakını təmin etmək üçün Palata, Azərbaycan Respublikasının Mərkəzi Bankı və EBRD arasında üçtərəfli 25 oktyabr 2017-ci il tarixində Niyyət Məktubu  imzalanmışdır.Kiçik və orta sahibkarlar üçün yerli valyuta proqramı”nın məqsədi EBRD-nin investisiyası olan ölkələrdə kapital bazarlarının inkişafı və yerli valyutada kreditləşmənin təşviq edilməsi məqsədilə ölkələrə dəstək verməkdir.

2019-cu ildən başlayaraq EBRD tərəfindən 2 komponentdən ibarət (törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin təkmilləşdirilməsi və sekyuritizasiya üzrə hüquqi çərçivənin təhlili) “Qiymətli kağızlar bazarının inkişafı” üzrə texniki dəstək layihəsi həyata keçirilməkdədir.

EBRD tərəfindən yerli valyutada istiqraz emissiyası vasitəsilə kapital bazarlarının inkişaf etdirilməsi sahəsində aktiv dialoq aparılmaqdadır.

https://www.ebrd.com/home

 

  6. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə əməkdaşlıq

       "Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi – 2”  (FSMP2) SECO-nun ayırdığı qrant vəsaiti hesabına həyata keçirilməkdədir.

https://www.seco.admin.ch/seco/en/home.html

  7. Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq

       Avropa İttifaqı ilə TAIEX yardım aləti çərçivəsində i) Maliyyə vasitəçilərinin rəhbərləri üçün peşə tələblərinin və onların ölçülməsi alətlərinin hazırlanması, ii) Sığorta bazarının inkişafında müştərək sığorta üzrə texniki dəstək, iii) Bankların kapital bazarında birbaşa iştirakı üzrə Palataya texniki dəstək göstəriləcəkdir.

https://europa.eu/european-union/index_en

  8. Avropa Şurası (AŞ) ilə əməkdaşlıq

      AŞ-nin “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi” Layihəsi çərçivəsində bank sektorunda çirkli pulların yuyulmasına qarşı mübarizə və terrorçuluğun maliyyələşdirilməsi (PY/TM) üzrə risklərin qiymətləndirilməsi metodologiyasının və risk əsaslı yanaşma prosedurları üzrə təlimatların hazırlanması sahəsində AŞ və Palata arasında aktiv əməkdaşlıq həyata keçirilmişdir.

https://www.coe.int/en/web/portal

  9. ATTF-Lüksemburq Treyninq Mərkəzi ilə əməkdaşlıq

      Palata yarandığı dövrdən etibarən ATTF təlim ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır. Ötən dövr ərzində ATTF tərəfindən Bakıda Palata və maliyyə sektorunun nümayəndələri üçün müxtəlif mövzularda, o cümlədən kredit təhlili, korporativ idarəetmə, IFRS 9, insan resurslarının idarə olunması, banklarda risklərin idarə edilməsi, kapital bazarlarında törəmə maliyyə alətləri mövzularında 15-ə yaxın seminar keçirilmişdir.

http://www.attf.lu/

  10. Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq 

        Palata və Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında həyata keçirilən “Azərbaycanda kapital və derivativlər bazarının fəaliyyəti və tənzimlənməsi” üzrə Bilik Mübadiləsi Proqramı (KSP) üzrə aktiv əməkdaşlıq həyata keçirilmişdir.

 http://www.kdi.re.kr/kdi_eng/main/main.jsp

  11. Bazel Komitəsi ilə əməkdaşlıq

         Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 avqust 2019-cu il tarixindən etibarən Bank nəzarəti üzrə Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv olmuşdur. Konsultativ qrupa üzv olmaq Palatanı geniş dialoq platformasına çıxarmaqla müxtəlif ölkələrin təcrübələrindən yararlanmaq, Bazel Komitəsinə təkliflər vermək və bununla da bank nəzarəti və tənzimlənməsi üzrə qanunvericiliyin Bazel standartlarına tam uyğunlaşdırılmasına dəstək olacaqdır. Bu isə, Beynəlxalq Valyuta Fondunun Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramında (FSAP) bank nəzarəti üzrə qiymətləndirmədə yüksək nəticələr əldə etməyimizi şərtləndirəcəkdir.

https://www.bis.org/bcbs/mesc.htm?m=3%7C14%7C573%7C74

  12. Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı (IOSCO) ilə əməkdaşlıq

          2018-ci ilin iyun ayından etibarən Palatanın Assosiativ üzvü olduğu Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı (IOSCO) tərəfindən təşkil edilən müxtəlif seminarlarda Palata əməkdaşları iştirak edirlər.

https://www.iosco.org/

  13.  Sığorta Nəzarət Qurumlarının Beynəlxalq Assosiasiyası (IAIS)

           2016-cı ildən Palata IAIS-in tam hüquqlu üzvü olmuşdur. Palata IAIS tərəfindən keçirilən müxtəlif tədbirlərdə iştiraka dəvət almağa və mütəmadi olaraq keçirilən səsvermələrdə iştirak etməyə başlamışdır.

https://www.iaisweb.org/home

  14. TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi) ilə əməkdaşlıq  

          Türkiyənin müvafiq qurumları ilə (Bank Tənzimləmə və Nəzarət Qurumu, Türkiyə Xəzinə Müstəşarlığı, Türkiyə Kənd təsərrüfatı Nazirliyi, Türkiyə Gömrük və Ticarət Nazirliyi) əməkdaşlıq əlaqələrinin qurulmasında TİKA-nın dəstəyindən mütəmadi olaraq istifadə edilməkdədir.

https://www.tika.gov.tr/en

  15. Raiffeisen Bank International AG ilə əməkdaşlıq

         2019-cu 11-12 aprel tarixlərində Raiffeisen Bank ilə birgə Palata və bank sektorunun nümayəndələri üçün ilə komplayans sahəsində Bakıda təlim keçirilmişdir. Həmçinin Palata və Raiffeisen Bank International AG arasında 27 may 2019-cu il tarixində kapital bazarlarının, depozitlər və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

https://www.rbinternational.com/eBusiness/01_template1/826124957350877869-NA-NA-NA-1-NA.html

16. Qara dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq

           Azərbaycan qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutunun – Qara dəniz Ticarət və İnkişaf Bankının milli valyutada istiqrazları emissiya edilmişdir. Qara dəniz Ticarət və İnkişaf Bankının milli valyutada emissiya etdiyi istiqrazlar investorlar tərəfindən böyük maraqla qarşılanmış, nəticədə hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi səkkiz dəfə üstələmişdir.

https://www.bstdb.org/

  17. “Böyük 4-lük”ə daxil olan audit şirkətləri ilə əməkdaşlıq         

Palata yarandığı dövrlərdən başlayaraq “Böyük 4-lük”ə daxil olan audit şirkətləri ilə (Deloitte, EY, KPMG, PwC) müxtəlif istiqamətlər üzrə, o cümlədən təlimlərin keçirilməsi, korporativ idarəetmə, İT infrastrukturunun təkmilləşdirilməsi və s. aktiv əməkdaşlıq etməkdədir. 

https://www2.deloitte.com/us/en.html  , https://www.pwc.com , https://home.kpmg/az/en/home.html,

https://www.ey.com/en_gl

 

  18. Fitchrating, Moody’s və Standard and Poors beynəlxalq reytinq  agentlikləri ilə əməkdaşlıq

         Adı çəkilən təşkilatlarla ölkənin suveren kredit reytinqi, bankların reytinqi mütəmadi olaraq açıqlanır. Palata ilə reytinq təşkilatları arasında mütəmadi görüşlər, video zənglər, yazışmalar aparılaraq ölkə reytinqinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. 

https://www.fitchratings.com/site/homehttps://www.moodys.com/https://www.standardandpoors.com/en_US/web/guest/home 

              19. “Visa Inc.” və “MasterCard Worldwide” ilə Palatanın əməkdaşlığı 

         “MasterCard Worldwide” Azərbaycanda 1996-cı ildən,“Visa Inc” 1997-ci ildən fəaliyyət gostərir. Hər 2 təşkilat ölkədə ödəniş sistemləri və ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir.Qarşılıqlı əməkdaşlıq çərçivəsində ödəniş kartları bazarında innovativ ödəniş həllərinin genişləndirilməsi, ödəniş kartları ilə aparılan fırıldaqçılıq hallarına qarşı mübarizə, bank mütəxəssislərinin ödəniş kartları sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlıq edilir.

https://www.mastercard.us/en-us.html

 https://usa.visa.com/about-visa.html