Beynəlxalq maliyyə reytinqlərində Azərbaycan

Image result for doing business 2020

"Doing Business 2020" hesabatı

Dünya Bankı Qrupu tərəfindən 2004-cü ildən 190 ölkə arasında şirkətlərin biznes məsrəflərini hesablayan gostəricidir.

Doing business hesabatının Getting credit Kreditin alınmasının asanlığı indikatoru bilavasitə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinə aiddir.

DB-2020 hesabatının son göstəricilərinə görə Azərbaycan ümumi reytinqdə 34-cü pillədə qərarlaşmış, Kreditin alınması göstəricisi üzrə 190 ölkə arasında 1-ci pilləyə yüksəlmişdir.

DB-2020 reytinqinin Kreditin alınması göstəricisi üzrə 1-ci yerdə olmasının əsas səbəbi kredit bürolarının fəaliyyəti və daşınar əmlakın yüklülüyü reyestrinin yaradılması (DƏYDR) ilə KOB subyektlərinin maliyyə əlçatanlığının artması olmuşdur. 

https://www.doingbusiness.org/en/doingbusiness

 

 

Qlobal Rəqabətlilik Hesabatı 

09 oktyabr 2019-ci il tarixində Dünya İqtisadi Forumu tərəfindən növbəti Qlobal Rəqabətlilik Hesabatı (2019) ictimaiyyətə təqdim edilmişdir və Azərbaycan dünya iqtisadiyyatının rəqabətə davamlı 141 ölkə sırasında 58-ci yerdə qərarlaşmışdır.

Azərbaycan ötən ilki hesabatda 140 ölkə sırasında 69-cu yerdə qərarlaşmışdır. Ötən ilki hesabatla müqayisədə, qiymətləndirilən ölkə sayına biri də əlavə olunmuşdur. 

Hesabatın hazırlanmasında ümumən 12 əsas pillədən  və hər pilləyə daxil olan müxtəlif indikatorlar əsas götürülmüşdür. 

https://www.weforum.org/reports/how-to-end-a-decade-of-lost-productivity-growth

 

 

İqtisadi Azadlıq İndeksi

İqtisadi Azadlıq İndeksi hesabatı Heritage Fondu tərəfindən illik əsasda yayımlanan və dünya ölkələrinin iqtisadi azadlıq səviyyəsini qiymətləndirən hesabatdır.

Hesabatın 2019-cu il üzrə buraxılışında cəmi 186 ölkə üzrə iqtisadi azadlığın mülkiyyət hüquqlarından maliyyə azadlığınadək 12 aspekti 4 kateqoriyada qiymətləndirilmişdir. İqtisadi azadlıq indeksinin 2019-cu ildə açıqlandığı reytinqinə görə Azərbaycan dünya üzrə 186 ölkə arasında 60-cı, Asiya-Sakit okean regionu üzrə 43 ölkə üzrə 13-cü yerdə qərarlaşmışdır.

Maliyyə sağlamlığı indikatoru üzrə Azərbaycan 100 mümkün baldan 89.4 bal toplamışdır.

 

https://www.heritage.org/index/

 

Image result for fitch

Fitch Ratings Agentliyinin qiymətləndirməsi

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi mütəmadi olaraq ölkələrin iqtisadiyyatındakı mövcud vəziyyətlə əlaqədar analizlər apararaq hesabatlar hazırlayır. 2019-cu ilin üçüncü rübünə olan növbəti hesabatda Azərbaycan mövqeyini qorumuş və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirmişdir. Sevindirici haldır ki, Cənubi Qafqaz ölkələri arasında bu göstərici ilə ən yüksək reytinq məhz Azərbaycana məxsusdur.

Agentliyin analizinə əsasən, beynəlxalq iqtisadi və ticarət münasibətlərində xarici balansın saxlanılması və aşağı səviyyəli dövlət borcunun olması Azərbaycanın reytinqini yüksək səciyyələndirən əsas amillərdəndir. Dövlətin əsas götürdüyü makro-iqtisadi, maliyyə, vergi və sosial islahatlar zəminində istehlak sferasında borclanmanın azaldılmasına, sosial məsələlərin ön plana çəkilməsinə, maliyyə və vergi münasibətlərinin tənzimlənməsinə istiqamətlənən müsbət meyllər inflyasiyanın nəzarətdə saxlanmasına, dollarlaşma səviyyəsinin aşağı düşməsinə gətirib çıxarmış, geniş anlamda isə, ölkənin xarici iqtisadi şoklara və qlobal arenada yarana biləcək böhranlara çevik reaksiya göstərə bilməsinə şərait yaratmışdır. Eyni zamanda, bank sektorunun sağlamlaşdırılması, problemli kreditlərin həll olunması istiqamətində həyata keçirilən tədbirlər sektorun restrukturizasiyasına, kapitallaşmanın və kredit verilişinin artmasına səbəb olmuşdur.

https://www.fitchratings.com/site/home

 

Image result for moody's 

“Moody’s” Reytinq Agentliyinin qiymətləndirməsi

“Moody’s” Reytinq Agentliyi son hesabatında Azərbaycanın mövqeyini sabit Ba2 səviyyəsində təsdiqləyib. Hesabatda qeyd edilir ki, maliyyə sektorundakı islahatlar əhali kütləsinin borc risklərini azaltmaq və kredit verilməsinin bərpasına yönəlmişdir.

Böyük həcmli xarici aktivlər üzrə xalis kreditor statusu və neft-qaz gəlirlərinin effektiv surətdə digər sektorlara yönəldilməsi hesabına daxili siyasi sabitliyin təmin olunması “Moody’s” reytinq agentliyi tərəfindən ölkənin kredit etibarlığının səciyyələndirən güclü tərəflər kimi qeyd edilmişdir.

Həmçinin hesabatda qeyd edilmişdir ki, fiskal və maliyyə sektorunda aparılan islahatlar Azərbaycanın suveren kredit etibarlığını zərbələrə, elastikliklərə davamlılığını artıra, həmçinin hökumətin borc yükünü və bank sistemi riskini aşağı sala bilər.

“Moody’s” agentliyi ölkənin maliyyə sektorunda kreditlərin artmasını müsbət trend kimi qeyd etmişdir. Agentliyin qiymətləndirməsinə əsasən fiziki şəxs və müəssisələrə kreditlərin verilməsi 2018-ci ilin dekabrından artmaqdadır.

https://www.moodys.com/

 

S&P Global Ratings

Standard and Poor’s Qlobal reytinqi

Standard and Poor’s Qlobal Reytinqi dünyanın aparıcı reytinq agentliklərindən biridir. Son hesabatında Azərbaycanın suveren kredit reytinqi barədə məlumatı dərc etmişdir. Hesabatda Azərbaycanın mövqeyi sabit olaraq BB+ kimi qiymətləndirilib.

Məqalədə ölkə rəhbərliyi tərəfindən bank sektorunun sağlamlaşdırılması istiqamətində atılmış addımlar, o cümlədən iflas haqqında qanunvericiliyin təkmilləşdirilməsi, kreditorların hüquqlarının artırılması və kredit məlumatlarının dərinləşdirilməsi istiqamətində kifayət qədər tutarlı islahatların aparılması təqdirəlayiq hal hesab edilmişdir. Hətta Azərbaycan və Qazaxıstanda aparılmış islahatlar Avropa ölkələrindən Sloveniya, Kipr, İrlandiya və İspaniyada bu istiqamətdə aparılmış islahatlarla müqayisə edilmişdir.

https://www.standardandpoors.com/