Attestasiya

Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər maliyyə nəzarəti orqanında attestasiyadan (o cümlədən test imtahanından) keçməlidir. Həmin şəxslər aşağıda qeyd olunan sənədləri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir:

1. Müraciət ərizəsi (Sığorta brokeriSığorta agenti)

2. Vətəndaş qüsursuzluğu haqqında ərizə (notariat qaydasında təsdiq olunmuş formada);

3.  Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq olunmuş formada);

Sığortaçının (təkrarsığortaçının) İdarə heyətinin, Təftiş komissiyasının sədri və üzvləri, Daxili audit xidmətinin rəhbəri və Baş mühasibi, hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmış hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyinatı verilmiş şəxslər, həmçinin sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən hüquqi şəxsin əmək müqaviləsi əsasında işçisi hesab olunan şəxslər maliyyə nəzarəti orqanında attestasiyadan keçməlidirlər. Həmin şəxslər aşağıdakı sənədləri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi qaydada təqdim edilməlidir:

1) Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq olunmuş formada);

2) 3x4 ölçüdə rəngli fotoşəkil;

3) Vətəndaş qüsursuzluğu haqqında ərizə (notariat qaydasında təsdiq edilməlidir);

4) Ali təhsil haqqında sənədin (diplomun) surəti  (notariat qaydasında təsdiq olunmuş formada);

5) Əmək kitabçasının surəti (notariat qaydasında təsdiq olunmuş formada);