Maliyyə Bazarlarına Nəzarət Palatası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçirəcək

06.09.2019 09:28

Mikro və kiçik sahibkarlar üçün sentyabr ayının 13-də “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etmək istəyən mikro və kiçik sahibkarlar ətraflı məlumatı bu keçiddən əldə edə bilərlər: http://smb.gov.az/news/kapital-bazarlari-vasitsil-maliyylsdirm-movzusunda-novbti-seminar-kecirilck