Qurban bayramı ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

09.08.2019 15:39

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar 12-13 avqust qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.  

Bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə Bakı, Gəncə və Lənkəran şəhərlərində 21 bankın 54 filial və şöbəsi fəaliyyət göstərəcək. Bu banklardan 8-nin Bakıda yerləşən 12 filial və şöbəsi 24/7 rejimində çalışacaq.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər:

 

Əlaqələndirici şəxs: Azər Quluyev

E-mail: azar.guluyev@fimsa.az

Tel: (+994) 70 922 29 99

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı