Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi” mövzusunda təlim keçirilib

28.06.2019 15:03

Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Hüquqi çərçivəyə yenidən baxılması, məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi” prioritenin Tədbirlər planında nəzərdə tutulmuş maarifləndirmə işinin təşkili məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə Azərbaycan Ədliyyə Akademiyasında icra məmurlarına və Azərbaycan Sahibkarlar Konfederasiyasının subyektlərinə “Məhkəmə qərarlarının qəbulu və icrası proseslərinin sürətləndirilməsi” mövzusunda təlim keçirilib.

Təlim zamanı İcbari Sığorta Bürosu, Ədliyyə Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilən mövzular iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İnteraktiv metodlar və dialoq formasında keçirilən təlimdə məhkəmə qərarlarının icrası ilə bağlı məhkəmə nəzarəti və inzibati-iqtisadi məhkəmələrdə ləğvetmə prosesində olan banklarla iş üzrə nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.