Tələbələr və gənc mütəxəssislər üçün aktuari fəaliyyəti mövzusunda maarifləndirici tədbir keçirilib

28.06.2019 17:14

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası istiqamətində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə 27 iyun 2019-cu il tarixində sığorta savadlılığının artırılması məqsədilə tələbələr və gənc mütəxəssislər üçün aktuari fəaliyyəti mövzusunda maarifləndirici tədbir keçirilib.

Sığorta şirkətlərinin gənc mütəxəssislərinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  tələbələrinin iştirak etdiyi tədbirdə beynəlxalq təşkilat olan Sərhədsiz Aktuarlar Assosiasiyasının üzvü tərəfindən aktuari anlayışı, risk və sığorta, aktuarilərin sığortada rolu barəsində təqdimatlar edilib.

İnteraktiv formatda keçirilən tədbirdə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, müzakirələr aparılıb.