“BOB Akademiyası” təlim mərkəzində gələcəyin mütəxəssislərinə təlimlər keçirilib

16.05.2019 09:29

“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə 14 May 2019-cu il tarixində “Bank of Baku” ASC-nin “BOB Akademiyası” təlim mərkəzində gələcəyin mütəxəssislərinə təlimlər keçirilib.

Təlimlər “Bank of Baku” ASC-nin təcrübəli mütəxəssisləri tərəfindən Bakı Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan tələbələrə “Agile metodologiyasının əsasları” və “İT təhlükəsizlik” mövzusunda təqdimatlar keçirilib.