Sığorta sektorunda verilmiş lisenziyalar və lisenziyası ləğv edilmiş sığorta vasitəçiləri barədə məlumat

11.03.2019 18:11

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 3 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilmişdir.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 mart 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Səlimov Ervin Camal oğlu, Əmrəliyeva Gültəkin Faiq qızı və Mirzəyev Emin Alim oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.

Eyni zamanda, Palatanın İdarə Heyətinin qərarı ilə bir sıra fiziki şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların aradan qaldırılmaması ilə bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 mart 2019-cu il tarixli qərarı ilə siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilmişdir.

SİYAHI