Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Sparkassenstiftung für internationale Kooperation tərəfindən “Risklərin idarə edilməsinin təşkilati strukturu” mövzusunda seminar keçirilib

11.03.2019 16:25

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Sparkassenstiftung für internationale Kooperation” ilə birgə təlimçi-ekspert İrina Friedemann-ın təqdimatında “Risklərin idarə edilməsinin təşkilati strukturu” mövzusunda seminar keçirib.

Seminar çərçivəsində risklərin idarə edilməsi üzrə beynəlxalq təcrübə, optimal strukturun seçilməsi, risklərin idarə edilməsi sisteminin effektiv qurulması məsələləri ilə bağlı  mövzular müzakirə olunub. Təcrübə və diskussiyalarla zəngin olan seminarda 25 bankın nümayəndələri və Palata əməkdaşları iştirak edib.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsinə və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.