Maliyyə Bazarlarına Nəzarət Palatası və Lüksemburq Təlim Mərkəzi tərəfindən “Risklərin idarə edilməsi: Basel prinsipləri” mövzusunda təlim keçirilib

08.11.2018

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Lüksemburq Təlim Mərkəzi - ATTF ilə birgə əməkdaşlıq çərçivəsində təlimçi ekspert Ruben Olielagersin təqdimatında “Risklərin idarəedilməsi: Basel prinsipləri” mövzusunda təlim proqramı keçirib.

Təlim proqramı çərçivəsində maliyyə xidmətlərində risk və risklərin idarə edilməsi, banklara nəzarət üzrə Bazel Komitəsi, kredit, bazar, əməliyyat və likvidlik risklərinin tənzimlənməsi üzrə məlumatlar verilib və gələcəkdə yaranacaq yeni pozitiv trendlər müzakirə olunub.

Təcrübə mübadiləsi və müzakirələrlə zəngin olan təlimdə 6 bankın nümayəndələri və Palatanın əməkdaşları iştirak ediblər. Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.