PL/TM üzrə risklərin qiymətləndirilməsi mövzusunda seminar keçirilib

06.11.2018

Maliyyə Bazarlarına Nəzarət Palatası, Avropa Şurasının Bakıdakı ofisi və Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri arasında işgüzar görüş keçirilib. Görüşdə Avropa Şurasının Bakı ofisinin dəvət etdiyi xarici ekspert Terens Donovan tərəfindən maliyyə bazarlarına nəzarət edən qurumlara bank sektorunda çirkli pullarım yuyulması və terrorçuluğun maliyyələşdirilməsi(PL/TM) üzrə risklərin qiymətləndirilməsi metodologiyası və müvafiq təlimatlar təqdim edilib,  sənədlərə dair qarşılıqlı müzakirə aparılıb. Daha sonra Avropa Şurası və Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramının "Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi" layihəsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisi və Terens Donovan tərəfindən bank əməkdaşları üçün "PL/TM üzrə risklərin qiymətləndirilməsi metodologiyası və risk əsaslı yanaşmanın tətbiqinə dair müvafiq sektorlar üçün təlimatlar" mövzusunda seminar  keçirilib. Seminarda ölkədə fəaliyyət göstərən 30 bankın əməkdaşları iştirak ediblər.

Seminarın əsas məqsədi Avropa Şurasının Maliyyə Tədbirləri üzrə İşçi Qrupun PL/TM risklərini dəyərləndirib onların aradan qaldırılması üçün effektiv tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tövsiyələrin uyğunluyğunu təmin etmək və risk əsaslı yanaşmanın tətbiqinə dair müvafiq sektorlar üçün təlimatların keçirilməsi üzrə Azərbaycanın müvafiq dövlət qurumlarına dəstək olmaqdır.  

Qeyd edək ki, Palata tərəfindən maliyyə sektorunda çalışan mütəxəssislər üçün maliyyə savadlılığının artırılması üzrə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.