Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

21.09.2018

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi ilə müraciət edən şəxslər üçün 24-28 sentyabr 2018-ci il tarixlərində attestasiyanın keçirilməsi nəzərdə tutulur.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

İştirakçıların siyahısı