2018-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

28.08.2018

2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 145.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.    

Könüllü sığorta bazarı üzrə haqlar 334.5 mln. manat, ödənişlər isə 107.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125.4 mln. manat, ödənişlər isə 38.4 mln. manat olub.

2018-ci ilin yanvar-iyul ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.