Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

21.08.2018

10-15 avqust 2018-ci il tarixlərində sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 9 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.  

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

SİYAHI