Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün attestasiya keçiriləcək

06.07.2018

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi və sığortaçıda rəhbər vəzifəyə namizədlər üçün 09-13 iyul və 16 iyul 2018-ci il tarixlərində attestasiyanın keçirilməsi nəzərdə tutulur.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün müraciət edən şəxslər və sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxslər (siyahı əlavə olunur) attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.