AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASINDA TƏCRÜBƏ İMKANI

07.07.2018

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASINDA TƏCRÜBƏ İMKANI

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir. Proqramın məqsədi Tələbələrin iqtisadi və maliyyə biliklərinin artırılması, peşəkar bacarıqlarının inkişafı, nəzəri biliklərinin təcrübə ilə bütünləşdirməsi və real iş şəraiti ilə yaxından tanış etməkdən ibarətdir.

Təcrübəçiyə dair tələblər:

Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;

Özünü daim inkişaf etdirməli, innovativ olmalı;

Analitik düşünmə qabiliyyəti olmalı;

Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;

Kompüter və ingilis dili bilikləri;

Təcrübə proqramına müraciət:

Müraciətlər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçməlidirlər:

  • Hüquq
  • Bank fəaliyyətinə nəzarət
  • Sığorta fəaliyyətinə nəzarət
  • Kapital bazarına nəzarət
  • Ödəniş sistemlərinə nəzarət
  • Risklər üzrə
  • Prudensial siyasət və metodologiya
  • Maliyyə
  • İnsan resurslarının idarəedilməsi

Seçim mərhələləri:

  1. Məzunlar və ya magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər;
  2. Namizədlərdən daxil olmuş müraciətlərin uyğunluğu nəzərdən keçirildikdən sonra ilkin olaraq test imtahanına sonrakı mərhələdə isə İnsan resursları idarəsi və aidiyyəti departamentlərlə müsahibə mərhələsinə dəvət edilirlər;
  3. Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə başlanılır.

Proqrama iştirak etmək istəyən namizədlər CV-lərini 22 iyul 2018-ci il tarixinədək internship@fimsa.az ünvanına göndərə bilərlər.