Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Lüksemburq Təlim Mərkəzi tərəfindən “İnsan Resurslarının İdarə edilməsi” təlim proqramı keçirilib

28.06.2018

25 iyun 2018-ci il, Bakı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) Lüksemburq Təlim Mərkəzi, ATTF ilə birgə əməkdaşlıq çərçivəsində təlimçi Hr-konsultant Gilles Ossona de Mendez-in təqdimatında “İnsan Resurslarının İdarə edilməsi” təlim proqramı keçirilib.

Təlim proqramı çərçivəsində həmçinin menecer-kouç, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, motivasiya metodları, liderlik üslubları, insan resurslarının şirkətdə strateji rolu mövzuları müzakirə olunub. Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 12 bank, 2 sığorta şirkətinin nümayəndələri, Palatanın əməkdaşları iştirak ediblər. Sonda təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.