Daşınar Əmlakın yüklülüyünün dövlət reyestrinin istifadəçiləri artır

05.06.2018

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) imkanlarından yararlananların sayı artır. Belə ki, 15 mart 2018-ci il tarixindən etibarən fəaliyyətə başlayan https://mpcr.fimsa.az/ elektron portalında 31.05.2018-ci il tarixinə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, yüklənmiş bildirişlərin sayı isə 18 mindən çox olub. Reyestrə ən çox bildiriş daxil edən kredit təşkilatları aşağıdakılardır: “Unibank KB” ASC, “Nikoyl” İKB ASC, “Accessbank” QSC, “Bank of Baku” ASC və “Turanbank” ASC.

Kateqoriyalar üzrə bölgüdə istehlak malları (10,565), zinət əşyaları (2,457), mebel (1,845), heyvanlar (1,061) və dövriyyədə olan mallar (538) üstünlük təşkil edir.

Xatırladaq ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılıb.

 Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.