Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

08.05.2018

23-30 aprel 2018-ci il tarixlərində sığortaçıda rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 11 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.  

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Attestasiyanın nəticələri