Attestasiyanın nəticələri açıqlanıb

16.04.2018

02-06 aprel 2018-ci il tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının keçirdiyi sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün attestasiyada iştirak edən 20 namizəddən 8 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Attestasiyanın nəticələri

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.