2018-ci ilin fevral ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

05.04.2018

28 fevral 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 mlrd. manat, cəmi öhdəlikləri isə 24.6 mlrd. manat təşkil etmişdir. Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.7 mlrd. manat olmuşdur. 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (329 mln. manat), öhdəlikləri 1% (246 mln. manat), kapitalı isə 2.2% (83 mln. manat) artmışdır.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,444 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,331 nəfər təşkil etmişdir.

28 fevral 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.