Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

29.03.2018

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün 02-06 aprel  2018-ci il tarixlərində attestasiyanın keçirilməsi nəzərdə tutulur.

Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 15 nəfərin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Attestasiyada iştirak edənlərin siyahısı əlavə olunur

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az səhifəsi və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.