2018-ci ilin yanvar ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

05.03.2018

31 yanvar 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  28,169.7 mln. manat, cəmi öhdəlikləri isə 24,367.9 mln. manat təşkil etmişdir. Sektorun balans kapitalı 3,801.8 mln. manat, əhalinin əmanətləri isə 7,482.5 mln. manat olmuşdur. 2018-ci ilin yanvar ayı ərzində bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artmışdır.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,439 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,207 nəfər təşkil etmişdir.

31 yanvar 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.