Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün attestasiyanın nəticələri açıqlandı

13.02.2018

25 yanvar - 09 fevral 2018-ci il tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının keçirdiyi sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün attestasiyada iştirak edən 58 namizəddən 16 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub. Sığortaçıda rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər üçün keçirilmiş attestasiyada iştirak edən 4 nəfər namizəd keçid balını toplayaraq attestasiyadan keçdi. 

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Attestasiyanın nəticələrinə dair məlumat əlavə edilir

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.