Palata xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirdi

05.02.2018

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyətinin  iki illiyi münasibətilə  Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli xüsusi internat məktəbində yaşayan fiziki və əqli qüsurlu uşaqlar üçün əyləncəli tədbir təşkil etdi. Tədbirin əsas məqsədi bu əlamətdar gündə kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqları ziyarət edərək, onları sevindirmək və mənəvi dəstək göstərmək idi. 

Dinamik və rəngarəng səhnəciklər, klounların çıxışı, uşaqlara təqdim edilmiş sovqatlar, zehni inkişaf etdirən oyuncaqlar, geyimlər və digər hədiyyələr xüsusi qayğıya ehtiyac duyan 80 nəfərdən çox uşağın əhval ruhiyyəsinin yüksəlməsinə səbəb oldu.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.