Ödəniş sistemləri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması məqsədlərindən biri də ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət sisteminin təkmilləşdirilməsi, həmçinin bu sahə üzrə nəzarət sisteminin şəffaflığının və çevikliyinin təmin edilməsidir.

Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığına və təhlükəsizliyinə, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ödəniş sistemləri və nağdsız ödənişlər sahəsində qanunvericilik bazasının formalaşdırılması, ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq xidmət mərkəzlərinin fəaliyyətinin tənzimlənməsi və nəzarəti, ölkədə fəaliyyət göstərən pul köçürmə sistemlərinin təhlili, ödəniş kartları sahəsində baş vermiş fırıldaqçılıq hallarının araşdırılması və digər tədbirlər həyata keçirilir.