Vizion, missiya və dəyərlərimiz

Mandat

Maliyyə sabitliyinin təmin olunması və investorların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə maliyyə bazarlarının tənzimlənməsi və nəzarət.

Vizion

Sağlam, dayanıqlı və effektiv maliyyə sisteminin yaradılması.

Missiya

- Maliyyə dayanıqlığının təmin olunması məqsədilə maliyyə sisteminin restrukturizasiyası;

- Beynəlxalq standartlara uyğun tənzimləmə və nəzarət çərçivəsinin qurulması;

- Maliyyə xidmətləri istehlakçılarında onların hüquqlarının müdafiə olunması əminlyini təmin edən işlək mexanizmlərin qurulması;

- Nəzarət subyektlərində effektiv müştəri eyniləşdirməsi (customers due diligence) və əməliyyatların sağlamlıq tələblərinə şərtsiz cavab verməsi (compliance) təcrübəsinə əsaslanan monitorinq çərçivəsinin yaradılması.

Dəyərlər

Tamlıq, bütövlük: Şəxsi və iş həyatında yüksək mənəvı dəyərlərə sadiq, dürüst, vicdanlı heyət

Peşəkarlıq: Şəffaf və qərəzsiz tərzdə vaxtında və nəticəyə hədəflənmiş, kompetent, effektiv fəalyyət

Cavabdehlik: Etik normalara, işgüzar standartlara, yaxşı idarəçilik və nətıcələrə fərdi sahiblik prinsiplərinə əsaslanmış fəaliyyət

Təşəbbüs və daimi inkişaf: Bilik və bacarıqlarını mütəmadi inkişaf etdirən yaradıcı və irəliyə baxan heyət və qurum

Komanda ruhu: Daxili kommunikasiya və əməkdaşlığı təşviq edən mühit