Risklərin idarə edilməsi

Risklərin idarə edilməsi

Maliyyə Bazarlarına Nəzarət Palatası investisiya şirkətlərinin fəaliyyəti ilə bağlı risklərin müəyyən edilməsi, ölçülməsi və düzgün idarə edilməsi üzrə nəzarəti həyata keçirir. Risklərin idarəedilməsi sistemi investisiya şirkətlərinin təhlükəsizliyinin, dayanıqlığının və etibarlılığının qiymətləndirilməsini təmin edir. İnvestisiya şirkətinin risklərin idarə edilməsi sistemi investisiya şirkətinin fəaliyyətinə dair risk profilinin müəyyən edilməsini, məqbul risk çərçivəsinin gözlənilməsini, riskin idarə edilməsi proseslərinin adekvat və effektiv olmasını və risklərin aradan qaldırılmasını təmin etməklə, investisiya şirkəti ilə bağlı risklərin idarə edilməsi üzrə daxili qaydaların qəbulunu əhatə edir.