Hesabatlıq tələbi

Hesabatlıq tələbi

İnvestisiya şirkətlərinə dair prudensial nəzarətin həyata keçirilməsi investisiya şirkətlərinin təqdim etdiyi dövri hesabatlar və məlumatlar əsasında aparılır. Hesabatlılıq mexanizminin tətbiqi məqsədi ilə nəzarət orqanı tərəfindən investisiya şirkətlərinə qarşı bir sıra tələblər və nəzarət tədbirləri nəzərdə tutulmuşdur.

İnvestisiya şirkətlərinin nəzarət orqanına təqdim etdiyi hesabatlara dair tələblər “Qiymətli Kağızlar Bazarı haqqında” Qanun və “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları” ilə tənzimlənir.

İnvestisiya şirkəti nəzarət orqanına dövri hesabatları (kapital tələblərinə dair hesabat, maliyyə hesabatları, müştəri hesablarına dair hesabat), göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabatları və öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatları aylıq, rüblük, yarımillik və illik olaraq təqdim edir.

Bundan əlavə, nəzarət orqanı investisiya şirkətinin təqdim edəcəyi illik hesabatın müstəqil audit şirkəti tərəfindən qiymətləndirilməsini zəruri hesab edir. Müstəqil audit təşkilatı “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında” Qaydalar ilə  müəyyən olunmuş tələblərə cavab verməlidir.