Qiymətli kağızlar bazarında qadağan olunan hərəkətlər

Qiymətli kağızlar bazarında qadağan olunan hərəkətlər

 

- qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin bağlanış qiymətlərinə təsir göstərmək məqsədi ilə ticarət gününün (sessiyanın) sonunda qəsdən alğı-satqı əqdlərinin bağlanması;

- qiymətli kağızların və törəmə maliyyə alətlərinin qiymətinə və ya onlara olan tələb və təklifə dair yanlış təəssüratın yaradılması məqsədi ilə əvvəlki sifarişlərdən fərqlənən qiymətlə tapşırıqların və ya sifarişlərin verilməsi və sonradan ləğv edilməsi;

-  Azərbaycan Respublikasının Qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, bir şəxs və ya gizli razılaşma əsasında bir neçə şəxs tərəfindən eyni qiymətli kağızların bir vaxtda eyni həcm və qiymətlə alınması və satılması üzrə tapşırıq və ya sifarişlərin verilməsi;

- qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin benefisiarının dəyişməsi ilə nəticələnməyən və ya bu dəyişikliyin birgə və ya gizli razılaşma əsasında fəaliyyət göstərən şəxslər arasında baş verməsi ilə nəticələnən əqdlərin bağlanması;

- əldə edilmiş qiymətli kağızların qiymətinin artırılması və sonradan yüksək qiymətlə satılması məqsədilə həmin qiymətli kağızlar üzrə əlavə alış əqdlərinin bağlanması və (və ya) yanlış müsbət məlumatların yayılması;

- kütləvi təklif üsulu ilə yerləşdirmə zamanı qiymətli kağızları əldə etmiş şəxslər tərəfindən qiymətli kağızların qiymətinin süni səviyyəyə qaldırılması və digər investorların həmin kağızlara olan marağının artırılması məqsədilə emitentin həmin növ qiymətli kağızları üzrə ticarət başlandığı andan gizli razılaşma əsasında alış əqdlərinin bağlanması;

- insayd məlumat əsasında digər şəxsləri qiymətli kağızların və törəmə maliyyə alətlərinin alınması (satılması) və ya alınmasından (satılmasından) imtina edilməsinə təhrik edilməsi və ya tövsiyələrin verilməsi;

- insayd məlumatdan istifadə etməklə öz və ya digər şəxslərin hesabına birbaşa və ya dolayı yolla qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alqı-satqısına və ya belə əqdlərin keçirilməsinə cəhd edilməsi;

- kütləvi informasiya və ya hər hansı digər vasitələr ilə qiymətli kağızlara dair yanlış və yayındırıcı təsəvvür yaradan və ya yarada biləcək xəbərlərin, şayiələrin və digər məlumatların yayılması;

- birbaşa və ya dolayı yolla fayda və ya gəlirin əldə edilməsi üçün jurnalistlər tərəfindən öz peşə vəzifələrini həyata keçirərkən yanlış və yayındırıcı təsəvvür yaradan və ya yarada biləcək xəbərlərin, şayiələrin yayılması;

 - xidməti vəzifələrin həyata keçirilməsi ilə əlaqədar insayd məlumatın açıqlanması halları istisna olmaqla, digər şəxslərə həmin məlumatın ötürülməsi.