Sığorta (təkrarsığorta) müqavilələrini tam və ya qismən digər sığortaçıya (təkrarsığortaçıya) ötürülməsinə icazə

Sığorta (təkrarsığorta) müqavilələrini tam və ya qismən digər sığortaçıya (təkrarsığortaçıya) ötürülməsinə icazə

 

1. Sığortaçının (təkrarsığortaçının) lisenziyası məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə, aidiyyəti olan sığortalının (təkrarsığortalının) razılığı, habelə maliyyə bazarlarına nəzarət orqanının yazılı razılığı əsasında sığortaçı (təkrarsığortaçı) bağladığı sığorta (təkrarsığorta) müqavilələrini tam və ya qismən digər sığortaçıya (təkrarsığortaçıya) ötürə bilər.

2. Sığortaçı (təkrarsığortaçı) sığorta (təkrarsığorta) müqavilələrinin digər sığortaçıya (təkrarsığortaçıya) ötürmək barədə qərar qəbul etdiyi tarixdən 3 iş günü müddətində həmin müqavilələrin aid olduğu sığortalıya (təkrarsığortalıya), onun yaşayış yerinə (hüquqi şəxsin olduğu yerə) və mobil rabitə vasitəsilə yazılı bildiriş göndərməklə, alınması təsdiq edilən qaydada məlumat verməlidir.

3. Sığortalının (təkrarsığortalının) ona aid müqavilənin ötürülməsi barədə 2-ci bənddə nəzərdə tutulmuş məlumatlandırma üsulları ilə göndərilən sonuncu məlumatı aldığı tarixdən 7 iş günü müddətində həmin müqavilənin ötürülməsinə etiraz etməməsi, buna razılıq kimi qiymətləndirilir.

4. Bu Qanunun 3-cü bənddə göstərilən müddətdə sığortalı (təkrarsığortalı) özünə aid olan müqavilənin başqa sığortaçıya (təkrarsığortaçıya) ötürülməsinə dair etirazını bildirdikdə, həmin müqavilə sığortalının (təkrarsığortalının) istəyi ilə onun özünün razılığa gəldiyi sığortaçıya (təkrarsığortaçıya) ötürülür və ya müqaviləyə xitam verilir.

5. Maliyyə bazarlarına nəzarət orqanı sığorta (təkrarsığorta) müqavilələrinin digər sığortaçıya (təkrarsığortaçıya) ötürülməsinə aşağıdakı hallarda razılıq vermir:

5.1 Ötürülən sığorta (təkrarsığorta) müqavilələri üzrə sığortalıların (təkrarsığortalıların), sığortaolunanların və faydalanan şəxslərin mənafeləri adekvat olaraq nəzərə alınmadıqda;

5.2 Sığorta (təkrarsığorta) müqavilələri ötürülən sığortaçının (təkrarsığortaçının) müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziyası və ya ötürülən sığorta (bu Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş halda, həmçinin təkrarsığorta) müqavilələrinin aid olduğu sığorta növü üzrə müvafiq icazəsi olmadıqda;

6. Təkrarsığorta müqavilələri ötürülən xarici təkrarsığortaçının öz ölkəsinin qanunları ilə nəzərdə tutulmuş müvafiq lisenziyası olmadıqda.