Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə malik olmasına icazə

Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə malik olmasına icazə

Sığortaçıda mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxs Qanunun tələblərinə uyğunluğunu təsdiq edən sənədləri əlavə etməklə niyyətini maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaq üçün yazılı müraciət etməlidir.

 

Qanunun tələblərinə uyğunluğunu təsdiq edən sənədlər:

1. Fiziki şəxs olduqda:

- Vətəndaş qüsursuzluğu

2. Hüquqi şəxs olduqda:

- Mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - yerli hüquqi şəxslərin icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu, xarici hüquqi şəxslərin isə beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və Azərbaycan Respublikasının müvafiq kredit reytinqindən aşağı olmayan reytinqə malik olması.