Təcrübə proqramı

Tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi, yeni biliklərin öyrənilməsi və əmək kollektivində iş təcrübəsi qazanmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) təcrübə proqramları elan edir.

Palatanın fəaliyyətinə təcrübəçi kimi cəlb edilmək üçün müraciət etmiş tələbə və məzunların bilik səviyyəsi, ümumi dünyagörüşü, Palatanın korporativ etik dəyərlərinə müvafiqliyi və zəruri olan digər keyfiyyətləri yoxlanıldıqdan sonra müraciət etdiyi struktur bölmənin fəaliyyətində iştirakı təmin edilir.