Daxili nəzarət

Daxili nəzarət

 

İnvestisiya şirkətinin daxili nəzarət sistemi mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsini eyni zamanda davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsini    təmin etməlidir.

İnvestisiya şirkəti öz daxili nəzarət sisteminin səmərəliliyinin mütəmadi olaraq yoxlanılmasını və ehtiyac yarandıqda, daxili nəzarət sisteminin yenilənməsini təmin etməlidir.

İnvestisiya şirkətlərinə dair prudensial nəzarətin həyata keçirilməsi investisiya şirkətlərinin təqdim etdiyi dövri hesabatlar və məlumatlar əsasında aparılır. Hesabatlılıq mexanizminin tətbiqi məqsədi ilə nəzarət orqanı tərəfindən investisiya şirkətlərinə qarşı bir sıra tələblər və nəzarət tədbirləri nəzərdə tutulmuşdur.

İnvestisiya şirkətlərinin nəzarət orqanına təqdim etdiyi hesabatlara dair tələblər “Qiymətli Kağızlar Bazarı haqqında” Qanun və “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları” ilə tənzimlənir.

İnvestisiya şirkəti nəzarət orqanına dövri hesabatları (kapital tələblərinə dair hesabat, maliyyə hesabatları, müştəri hesablarına dair hesabat), göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabatları və öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatları aylıq, rüblük, yarımillik və illik olaraq təqdim edir.