Hüquqi şəxslər üçün

 

1. Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı iki şəxs maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçməlidir;

2. Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri maliyyə bazarlarına nəzarət orqanında attestasiyadan keçməlidir;

3. Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır.

Lisenziya alınması üçün tələb olunan digər sənədlər

1. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2. Nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

3.  Rəhbər vəzifəyə təyin edilən şəxsin Qanunun 91-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;

91.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi ali təhsilə, həmçinin vətəndaş qüsursuzluğuna malik olmalıdır.

 91.3. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçiləri aşağıda göstərilən iş təcrübəsinə malik olmalıdırlar: 

91.3.1. icra orqanın rəhbəri və onun müavinləri - maliyyə sahəsində ştat işçisi kimi ən azı 2 il;

91.3.2. baş mühasibi – mühasib kimi ən azı 2 il.

4. Sığorta vasitəçilərinə lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunu təsdiq edən sənədin əsli.