Fiziki şəxslər üçün

 

1. Ən azı 19 yaşının olması;

2. İqtisadi fəaliyyət və mülkiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətə görə heç zaman məhkum edilməməsi barədə notariat qaydada təsdiq olunmuş məlumat (vətəndaş qüsursuzluğu barədə ərizə);

3. Müvafiq lisenziya almaq istəyən şəxslər üçün maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan keçməsi;

4. Sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyasının əvvəllər ləğv edilməməsi;

5. Sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmaması.

Lisenziya alınması üçün tələb olunan digər sənədlər:

1. Müraciət ərizəsi;

2. Vətəndaş qüsursuzluğu;

3. Şəxsiyyət vəsiqəsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

4. Müvafiq vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti (Attestasiyadan keçdikdən sonra);

5. Sığorta vasitəçilərinə lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunu təsdiq edən sənədin əsli (attestasiyadan keçdikdən sonra);