Yardımçı hüquqi şəxslər və müstəqil ekspertlər üçün tələb olunan sənədlər

Yardımçı hüquqi şəxslər və müstəqil ekspertlər üçün tələb olunan sənədlər

 

1. Adı, ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı (əgər varsa həmçinin faks nömrəsi və rəsmi internet səhifəsi), hüquqi şəxsin rəhbərinin adı, soyadı və vəzifəsi göstərilməklə yazılı müraciət;

2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, təhsil haqqında müvafiq sənədin və müvafiq vergi orqanında qeydiyyata alınması haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

3. Azərbaycan Respublikasının hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

4. Nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

5. Ofis binasından istifadə hüququnu təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;