Açıqlanma tələbləri

Açıqlanma tələbləri

 

Azərbaycan Respublikasının ərazisində qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən məlumatlar “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması” Qaydaları ilə müəyyən edilmiş formada MEAS-da açıqlanır. Emitentlər tərəfindən açıqlanan məlumatların dairəsi:

1. Qiymətli kağızların buraxılışı ilə bağlı məlumatlar:

- emissiya prospekti və ya informasiya memorandumu;

- emissiyanın yekunları haqqında hesabat;

- emissiyanın dayandırılması haqqında məlumat;

- emissiyanın baş tutmaması haqqında məlumat;

- emissiya prospektində edilmiş dəyişikliklər;

- borc alınması məqsədilə qiymətli kağızların buraxılması bərədə məlumat;

- daşınmaz əmlak sertifikatlarının buraxılış şərtləri.

2. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı məlumatlar:

- istiqrazların geri çağırılması barədə məlumat;

- qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat;

- insayder əqdi barədə məlumat;

- emitentin qiymətli kağızlarında və ya törəmə maliyyə alətlərində təsbit edilmiş hüquqlarda baş vermiş hər hansı dəyişikliklər barədə məlumat;

- istiqraz üzrə təminatın predmetinin əvəz edilməsi barədə məlumat.

3. Emitentin fəaliyyəti ilə bağlı məlumatlar:

- emitentin təsis sənədləri;

- emitentin illik və yarımillik hesabatları;

- səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat;

- emissiya prospektində və ya informasiya memorandumunda göstərilən kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitlərin istifadəsində baş vermiş dəyişikliklər barədə məlumat;

- xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar;

- insayd məlumat;

- əhəmiyyətli payın əldə edilməsi və özgəninkiləşdirilməsinə dair məlumatlar;

- nizamnamə kapitalının 5 (beş) faizindən artıq məbləğdə təminatın verilməsi barədə məlumat.