Ticarət və klirinq-hesablaşma sistemlərinə nəzarət

Ticarət və klirinq-hesablaşma sistemlərinə nəzarət

CETA (Centralised Exchange Trading in Azerbaijan) qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinə dair elektron nəzarət sistemidir. Bu sistem Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli, 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırlanmış və Palata tərəfindən 2016-cı ilin fevral ayının 17-dən etibarən tətbiqinə başlanılmışdır.

CETA-nın tətbiqinin məqsədi:

- qiymətli kağızlar bazarında bağlanan əqdlərə nəzarətin effektivliyinin artırılması;

- bazarın bütövlüyünün təmin edilməsi;

- ticarət və klirinq-hesablaşma sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması;

- sui-istifadə hallarının aşkarlanması prosesinin təkmilləşdirilməsi;

- preventiv tədbirlərin gücləndirilməsi.