Karyera günləri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) hər zaman karyera günlərinin keçirilməsinə dəstək göstərir. Palatanın iştirak etdiyi karyera sərgilərində Palatada mövcud vakansiyalar, işə qəbul imkanları və şərtləri barədə, eyni zamanda qurumun maliyyə bazarlarında həyata keçirdiyi işlər və layihələr haqqında ətraflı məlumatlar verilir.

Palata öz növbəsində ölkənin qabaqcıl ali təhsil müəssisələrində karyera günləri təşkil edir və işə qəbul edilmə imkanları və şərtləri haqqında məlumat ilə bərabər tələbələrin gələcək karyeralarının inkişaf etdirmələri, iş həyatına hazırlanmaları və ixtisalarına uyğun iş tapmaları üçün CV yazma üsulları, müsahibə zamanı davranış qaydaları, müsahibəyə psixoloji hazırlıq, vaxtın idarə edilməsi və s. mövzular üzrə tövsiyələr verilir və təlimlər təşkil edilir.

Karyera günlərində mövcud vakansiyalar üzrə bütün namizədlərin iş müraciətləri qeydiyyatdan keçirilir və müvafiq tələblərə uyğun gələn namizədlər Palatada işə qəbul prosesinin növbəti mərhələlərinə cəlb edilirlər.