Kapital tələbləri

Kapital tələbləri

Maliyyə Bazarlarına Nəzarət Palatası “Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və Qanundan irəli gələn bir sıra normativ aktlara əsasən investisiya şirkətlərinin fəaliyyətinə nəzarət funksiyasını həyata keçirir.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyaya malik hər bir investisiya şirkətinin fəaliyyətinə prudensial nəzarət həyata keçirilir. Nəzarətin məqsədi istehlakçıların hüquqlarının qorunmasını, investisiya şirkətlərinin qanun çərçivəsində fəaliyyət göstərməsini, maliyyə bazarının sabitliyinin təmin edilməsini və investisiya şirkətlərinin prudensial tələblərinin yerinə yetirilməsini təmin etməkdir. Bununla əlaqədar olaraq investisiya şirkətlərinə qarşı irəli sürülən kapital tələbləri investisiya şirkətlərinin kapital adekvatlığının, habelə maliyyə risklərinin idarəedilməsinin qiymətləndirilməsini təmin edir.

İnvestisiya şirkətlərinin kapital tələbləri “Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında” Qaydalar, “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar” və “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları” ilə tənzimlənir.

İnvestisiya şirkətlərinın kapital adekvatlığı göstəricisi Qanunvericiliklə müəyyən olunmuş qaydada hesablanır və şirkətin məcmu kapitalı ilə cəmi kapital tələbinin fərqinə bərabərdir. Məcmu kapital Qaydalarla müəyyən edilmiş formada birinci dərəcəli və ikinci dərəcəli kapitaldan ibarətdir. İnvestisiya şirkətinin cəmi kapital tələbi kredit riski, bazar riski, əməliyyat riski, hesablaşma riski, kontragent riski və konsentrasiya riskinin cəminə barəbərdir.

Kapital adekvatlığı göstəricisi investisiya şirkətinin həyata keçirdiyi əməliyyatlardan irəli gələn öhdəliklərin qarşılanması üçün likvid vəsaitlərin qənaətbəxş səviyyədə mövcudluğu anlamına gəlir. Nəzarət orqanı kapital tələblərinin pozulması halında təsir qərarları qəbul edir və müvafiq təsir tədbirlərin görür.