3. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi baş verərsə?

3. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsi baş verərsə?

 

1. Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin.

2. 112 xidməti vasitəsilə Fövqəladə Hallar Nazirliyinə dərhal məlumat verin, ehtiyac olduğu halda digər aidiyyəti qurumlara xəbər verin.

3. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım (103) çağırın.

4. Hadisə nəticəsində dəyən zərərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün.

5. Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin.

6. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkəti və ya sığortaçının razılığı ilə səhaliyyətli orqanlar ona baxış keçirənədək heç bir dəyişiklik etməyin.

Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

– zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;

– sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

– digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

7. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.

8. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.