2. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi baş verərsə?

2. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi baş verərsə?

1. Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin.

2. Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün.

3. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkəti və ya sığortaçının razılığı ilə səhaliyyətli orqanlar ona baxış keçirənədək heç bir dəyişiklik etməyin.

Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

– zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi zamanı;

– sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

– digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

4. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.

5. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.