AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Ödəniş sistemləri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət sisteminin təkmilləşdirilməsi, həmçinin nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Azərbaycan Respublikasının ödəniş sistemi Mülki Məcəllə, Banklar haqqında Azərbaycan Respublikasının Qanunu, Prosessinq fəaliyyətinə icazənin verilməsi və nəzarət Qaydaları, Banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair Qaydalar, Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları, Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsi ilə tənzimlənir.